22.07.2015

Milli Mətbuatın 140 illiyi


Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il keçir.
Azərbaycan ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycan dilində buraxılan əlavə, Milli Mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.

Bakı 1800-ci illər

14.07.2015

Azərbaycan tarixindən "açıq dərs"


Bu gün respublikamızın bütün sahələrində inkişafın vüsət aldığı, çiçəkləndiyi dövrdə təhsil sahəsində gedən islahatların müsbət dəyişiklikləri hər birimizi maraqlandırır və bizi işlərimizdə yeniliklər etməyə, yaradıcılığa səsləyir.
 Təhsil sahəsində aparılan islahatların məqsədi əsasən təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Həyata keşirilən Milli Kurikulum islahatları da məhz bu məqsədin peallaşmasına xidmət edir.
Bildiyimiz kimi, 2012-2013-cü dərs ilindən V siniflərdə də fənn kurikulumları tətbiq olunur. Digər həmkarlarım kimi bu sahədə mən də müəyyən təcrübə əldə etmişəm. Həmin təcrübə haqqında oxucularda təsəvvür yaratmaq üçün bu yaxınlarda keçdiyim "açıq dərs" nümunəsini onlara təqdim edirəm.
Məzmun xətti:  1. Tarixi zaman

12.07.2015

Açıq dərs.


Dərs nümunəsi:Slavyanların Azərbaycana hərbi yürüşləri.



Rüfət RİZAYEV,
Bakı şəhəri, akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
 
VII  SİNİF
AZƏRBAYCAN TARİXİ  FƏNNİ 
Mövzu:  Slavyanların Azərbaycana hərbi yürüşləri.
Alt-standartlar:
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.
2.1.2. Dövrə aid xəritə və xəritə-sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.
3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişaf xüsusiyyətlərini dəyərləndirir.
Məqsəd:
1. Slavyanların və digərlərinin qarətçi yürüşlərinin xronoloji çərçivələrini müqayisə edir.
2. X əsrdə Azərbaycana xarici yürüşlərin səbəblərini izah edir.
3. Feodal dağınıqlıq dövrlərinin keçilməsində  çətinliklərin xüsusiyyətlərini dəyərləndirir.
Təlim forması: Qruplarla iş.
Təlim üsulu: Əqli hücum, ümumi diskussiya.
İnteqrasiya: Ümumi tarix 1.1.1;  2.1.1 ; 3.1.2.,  Coğrafiya 1.3.1.
Resurslar: iş vərəqləri, xəritə, dərslik, marker.
Dərsin gedişi: Motivasiya. Salamlaşma. Əvvəlki mövzunun təkrarı. Motivasiya üçün aşağıdakı slaydlar nümayiş olunur:

10.07.2015

Müəllimlərin hazırladığı rəqəmsal interaktiv tədris resurslarının (RİTR) təhlili

Məqalə "Azərbaycan müəllimi" qəzetinin 20 saylı nömrəsində dəərc edilmişdir.
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi,
edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Hər bir müəllim təhsilin millətin taleyində oynadığı rolu və əhəmiyyətini  dərk edərək üzərinə düşən böyük məsuliyyəti hiss etməlidir. Bu da müəllimdən işinə və icra etdiyi vəzifələrinə daha böyük məsuliyyətlə yanaşmasını tələb edir: peşəkarlıq səviyyəsi üzərində daim çalışmalı, tədris etdiyi fənləri və metodikanı mükəmməl bilməli, yenilikləri daim izləməli və mənimsəməli, geniş erudisiyaya malik olmaqla yanaşı tədris prosesini yüksək səviyyədə təşkil etməyi bacarmalıdır.

Müəllimlərin hazırladığı rəqəmsal interaktiv tədris resurslarının (RİTR) təhlili

Məqalə "Azərbaycan müəllimi" qəzetinin 2015 il 21 №-sindən götürülüb.
 Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi, edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
 
Ötən məqaləmizdə müasir dərsin və interaktiv resursların vacib mərhələləri olan motivasiya və tədqiqat sualının qoyulması məsələləri şərh olunmuşdu. Bu yazımızda isə interaktiv tapşırıqların hazırlanmasına və dərsin digər mərhələlərinə dair qeydlərimizi təqdim edirik.
Rəqəmsal interaktiv tədris resurslarında interaktivlik amili vacib rol oynayır. İnteraktiv tapşırıqları hazırlayarkən müəllim unutmamalıdır ki,  bu tapşırıqlar müasir təlimə uyğun hazırlanmalı, dərsin məqsədlərinə, eyni zamanda dərsin nəticəsinin alınmasına xidmət etməlidir.
Bəzən müəllim tapşırıqları köhnə ənənəvi formatda qurur: interaktiv alətlərin funksiyaları tətbiq olunmur, tapşırıqlar sadəcə sual-cavab şəklində verilir, tapşırıqların həlli asan - şifahi üsul ilə nəzərdə tutulur, düzgün (gizli şəkildə) cavabın verilməsi unudulur. Şagirdə verilən sual və ya tapşırıq slaydda aydın və dəqiq öz əksini tapmalıdır. Rəqəmsal dərsin məzmununa tapşırığın həlledilmə üsulları və lazım olduqda həll üçün ayrılmış sahə, ehtiyac varsa, müəllimin qeydləri (əlavə sahədə), cavab variantı daxil  edilməlidir. Beləliklə, şagird və ya qrup tapşırığı həll etdikdən sonra düzgün cavab dərhal yoxlanıla bilir, bu da qiymətləndirmənin şəffaf aparılmasına imkan yaradır. Məsələn, nümunə üçün təqdim olunan slaydda düzgün və səhv cavablar qeyd olunub.
 

Tədris planlarına dair qeydlər

Tədris planlarına dair qeydlər 1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. 2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. 3. Xarici dilin

09.07.2015

2015-2016 tədris planı.

Təhsildə yeniliklər 2

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

Yeni dərs ilində təhsildə olan yeniliklər 1.

Təhsil Nazirliyi gələn dərs ilində orta ümumtəhsil məktəblərində tətil günlərini açıqlayıb.Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar;
ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.


08.07.2015

Ən baha qiymətə satılan 20 rəsm əsəri.

Rəsm əsərləri dünyanın müxtəlif muzeylərini bəzəməklə yanaşı daim varlı insanların maraq obyekti olmuşdur.Bəzən onlar bu rəsm əsərlərini almaq üçün o qədər böyük bir məbləğ verirlər ki,insan heyrətlənməyə bilmir.Düzünü desəm,elə tanınmış və auksionlarda ağlasığmaz qiymətə satılan rəsm əsəri var ki,bu rəsmə verilən bu qiymət insana ağılsızlık kimi gəlir.Məsələn, məşhur "Qara kvadrat" əsərini nəyə görə çox mənalı hesab edirlər hələ də anlamamışam.İndi sizə ən baha qiymətə satılan 20 rəsm əsərini əqdim edirəm.

20.  Barnet Nyuman "Qara od 1"  1961 il.  
       2014 ildə 84,1 mln  $ saıtılıb.

07.07.2015

Qruplaşdır.


İtmiş Ubar şəhəri haqqında əfsanə

Ubar əfsanəvi bir şəhərdir.O bilinməyən səbəblərdən məhv olmuş və itmişir.
Bu şəhər haqqında "Quran"da və "1001 bir gecə" nağıllarında da qeyd edilir.Deyilənlərə görə bu şəhər Şəddadin dövründə  Saxara səhrası ərazisində ucaldılmışdı.Misir əfsanələrində bu şəhər haqqında məlumat verilir.Əfsanəyə görə bu şəhərə yalnız şəhər haqqında əfsanədəki tapmacaya cavab tapan yol tapırdı.Əfsanədə şəhər allahlar tərəfindən dağıdılmışdır.Başqa bir əfsanədə bu şəhərin ustündə səhranın onun dağılmasından sonra əmələ əldiyi deyilir.Butun bunlar Atlantida haqqında olan əfsanə kimi şəhərin təxəyyül nəticəsi olduğunu östərirdi.Lakin 1990 ildə Omandakı qazıntılar zamanı arxeoloqlar 4500 il əvvəl tikilən tikililərin qalıqlarını tapdılar.Burada həmdə qədim çayın ,tikilmiş binaların da qalıqları aşkar edilmişdir.

03.07.2015

Pasxa adasındakı başların ayaqları varmı?

Moai-Çilidəki Pasxa adasındakı monolit daş heykəlləri belə adlandırırlar.Onları 1250-1500 illərdə burada yaşayan poleneziy abori-genləri  hazırla-mışlar.Onların sayı 887 çatır.


Tsyandaoxu gölünün sualtı şəhəri.

Tsyandaoxu gölünün dibində qədim və sirli bir şəhərin qalıqları aşkar edilmişdir.Bu şəhərin minillik tarixi var.Bu yaşayış məskəni Xan sülaləsinə məxsusdur.Şəhər su ambari tikilən zamanı batırılmışdır.Buranın tdqiqatı zamanı qədim tikililrin qalıqları aşkar edilmişdir.Onlar öz möhtəşəmliyi ilə baxanları valeh edir.Bu qədim tikililər neçə sirr ,neçə insan taleyini özündə gizlədir.Sizləri bu sualtı şəhərə baxmağa dəvət edirəm.